• 08:50

Lənkəranda qətl hadisəsi törədilib

  • 13
14 Aprel 2018, 14:18

Lənkəranda iki uşaq anası həyat yoladışının qeyri-rəsmi nikahda olduğu qadın tərəfindən qətlə yetirilib.

 

Hadisə şəhərin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Belə ki, Həmin ünvanda yaşayan 42 yaşlı Sevda Həsənova ərinin qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfİndən odun parçası ilə bədəninin müxtəlif yerinə çoxsaylı zərbələr endirilməklə öldürülüb. Məlumata görə, Sevda Həsənovnın həyat yoldaşı, 45 yaşlı Arif Həsənov rəsmi nikahda yaşadığı qadın olduğu halda həmin evə qeyri-rəsmi nikahda  yaşadığı Gülşən Salayevanı da gətirib. Bir evdə yaşayan hər iki qadın arasında bu vaxtda qədər də bir neçə dəfə münaqişə olub. Ölümlə nəticələnən sonuncu mübahisənin isə əmlak üstündə baş verdiyi deyilir. Sevda Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Hadisəni törədən Gülşən Salayeva artıq polis tərəfindən saxlanılıb. Sevda Həsənova və Gülşən Salayevanın hər birinin iki övladı var. Lənkəran rayon  prokurorluğunda faktla bağlı araşdırma davam etdirilir.