• 08:49

Çəltikçiliyin inkişaf etdirilməsi üçün yeni texniki avadanlıqlar gətirilib

  • 11
14 Aprel 2018, 15:11

İlk dəfə olaraq ölkəmizə çəltikçiliyin inkişaf etdirilməsi məqsədi ilə 30-dan çox yeni çəltik texnikası gətirilib. 

 

Yaponiya və Cənub Koreyanın istehsal etdiyi 10 ədəd özüyeriyən çəltik şitili əkən texnika, 10 ədəd çəltik yığan kombayn gətirilib. Digər texnikaların  qısa müddət ərzində ölkəyə gətirilməsi gözlənilir. Kiçik sahələrdə çəltik becərilməsi və istehsalı üçün əllə idarə edilən çəltik əkən və çəltik biçən texnika gətirilib. Texnikaların əksəriyyəti çəltikçilik üzrə ixtisaslaşmış Lənkəran, Astara, Masallı rayonlarında çəltik istehsalı ilə məşğul olan fermerlərə təqdim edilib.

 

Həmçinin  ölkədə taxılçığın inkişaf etdirillməsi ilə əlaqədar olaraq 2018-ci ildə 260 ədəd taxılyığan kombayn gətilməsi nəzərdə tutulub. Artıq ölkəyə 50-yə yaxın taxıl kombaynı gətirilib. Pambıqçılıq üzrə 2018- ci ildə “Aqrolizinq” ASC tərəfindən 3460 ədəd texnika gətirilməsi nəzərdə tutulub. 

 

Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün dövlət başçısının sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarına əsasən ölkəyə çəltik ,çay və sitrus meyvəçiliyinin inkişaf etdirilməsi məqsədilə ən müasir texnika gətirilir.