• 09:02

Bərdədə əvvəlki illərin məzunları üçün imtahan keçirilib

  • 11
16 Aprel 2018, 13:19

Bərdə rayonunda da ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və martda keçirilən buraxılış imtahanlarının birinci mərhələsində üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün imtahanlar keçirib. 727 məzunun iştirak etdiyi imtahan 4 imtahan rəhbəri və 46 nəzarətçi-müəllim tərəfindən idarə olunub.

 

İmtahan mərkəzlərində şagirdlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İmtahanlar mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.

 

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur. Qeyd edək ki, əvvəlki illərin məzunları üçün keçirilən imtahanda 7121 nəfər məzunun iştirakı nəzərdə tutulub. İmtahahn 11 şəhər və rayonda keçirilir. İmtahanların idarə olunması üçün 49 imtahan rəhbəri, 599 nəzarətçi-müəllim ayrılıb.