• 00:31

Cəlilabadda orta əsrlərə aid kurqan aşkar edilib

  • 27
16 Aprel 2018, 17:23

Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub. Rayonun Şıxlar kəndində bayraq dirəyi basdırılamsı üçün qazıntı işləri aparılarkən təpəcik ərazidən insan sümüklərinin qalıqları aşkar olunub. Mütəxəssislərin sözlərinə görə,  ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhtə olunmasını buranın qədim kurqan olduğunu deməyə əsas verir.

 

Kənddəki kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də, burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb.Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, qazıntı işləri aparılarsa, kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar.

 

Tarixi mənbələrdən məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış. Artıq tapıntı ilə bağlı Aərbaycan Milli Elmlər Akademiyasının tarix və Arxeolojiya instutuna məlumat verilib.