• 17:39

Ümummilli liderin 95 illiyi münasibəti ilə Tovuzda sərgi keçirilib

  • 14
11 May 2018, 14:03

Tovuz gənclər evində Heydər Əliyevin 95 illiyi münasibəti ilə sərgi keçirilib. 

 

Tovuz Gənclər Evinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə 1-ci qrup əlil, autizimli və daun sindiromlu yeniyetmə və gənclərində əl işləri olmaqla, yüzdən artıq əl işi nümayiş olunub. 

 

Tovuz Gənclər evinin direktoru Rauf Rüstəmov sərginin mahiyyətindən və gənclərə olan dövlət qayğısından, ölkədə aparılan uğurlu gənclər siyasətindən danışıb.