• 17:39

Tərtərdə məcburi köçkünlər yeni mənzillərə köçürülüb

  • 16
12 May 2018, 15:41

Tərtər rayonun Şixarx qəsəbəsində yeni tikilən köçkün şəhərciyinə rayonun ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi aparılır. Şəhərciyə mənzillər Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin və yerli icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya tərəfindən püşkatma yolu ilə paylanır.

 

Sakinlərin sözlərinə görə, bu günə qədər yaşadıqları evlərdəki şərait son dərəcə ağır idi.Qəzalı binalarda yaşayan ailələr bu günü səbrisizlikə gözlədiklərini deyir. 

 

Məcburi köçkünlərin Sosial İnkişaf fondunun sifarişi ilə inşa olunan Şixarx qəsəbəsində mənzillər 1-2- 3 və 4 otaqlıddır. Təbii qazın yeni mənzillərə verilməsi köçürmə tam başa çatdıqdan sonra mümkün olacaq. Qeyd edək ki, burada 34 yaşayış binasında 1176 mənzil tikilib ki, bunlardan da 120-si birotaqlı, 504-ü ikiotaqlı, 472-si üçotaqlı, 80-i isə dördotaqlıdır.Ərazidə 1200 şagird yerlik bir məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, ATS binası, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina da inşa olunub.