• 16:13

Rusiyada Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş Cüdo yarışı keçirilib

  • 67
14 May 2018, 14:42

Rusiyanın Solikamsk şəhərində Ümummilli lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş beynəlxalq Cüdo yarışı keçirilib.

 

İnterAz xəbər verir ki, tədbirdə Solikamsk şəhərinin millət vəkilləri, Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mədəniyyəti və İnkişafının Fondunun sədri Şamil Tağıyev çıxış edib.

 

Açılış sözü ilə çıxış edən Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən söz açaraq, onun Azərbaycan naminə həyata keçirdiyi siyasətindən danışıb. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf edən xətt üzrə istiqamət almasında Heydər Əliyevin böyük rolu olduğunu bildirib.

 

Şəhər deputatları isə Ulu öndərin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələr verdiyini, bu gün də davamçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd ediblər. Bildirilib ki, onun nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

 

Tədbirdə çıxış edən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili bildirib ki, Azərbaycanda ilk dəfə idmana xüsusi maraq ulu öndər Heydər Əliyevin prezidentlik dövründə yaranmağa başladı. O maraq bu gün də Cənab İlham Əliyev tərəfindən idman sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində gündən-günə artmağa başlayır. Ulu öndər sağlığında idmana böyük qayğı göstərdiyini demək olar ki, bir çox çıxışlarında bildirib. 

 

Qeyd edək ki, Cüdo yarışına Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan idmançılar qatılıb. Yarışın təşkilatçısı Solikamskda Azərbaycan Cəmiyyətinin sədri Uğur Əfəndiyev, Solikamsk şəhər rəhbərliyi, Gənclər və idman Departamentidir və Solikamsk şəhər Cüdo Federasiyasıdır. Turnir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilib.