• 06:28

Gəncə şəhərində quruculuq işləri sürətlə davam edir

  • 45
17 May 2018, 14:44

Gəncə şəhəri Aydın Əliyev küçəsində aparılan abadlıq təmir-bərpa işlərindən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əraziyə baxış kecirərək sakinlərlə görüşüb.

 

Burada 1200 metr uzunluğunda və eni 16 metr olan yol və səki hissəsi tam asfaltlanıb, 2400 paqonametr səki daşları düzülüb, ictimai nəqliyyat üçün yeni dayanacaq və 45 ədəd yeni işıq dirəyi quraşdırılıb. Bununla yanaşı yol kanarında olan 100-dən çox evin fasadı təmir olunub, qarşısına 200-dən çox ağac və gül kolları əkilib. Ərazinin su, kanalizasiya, qaz və elektrik şəbəkəsi tam yenilənib. 

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərdə həyata keçirilən irimiqyaslı tikinti layihələri daha da sürətlənəcək. Gəncənin icməli su və kanalizasiya sistemləri yenidən qurulur. 5 mərhələdə həyata keçirilən layihə 50 milyon avro dəyərindədir. Bu ilin sonuna kimi 30-a yaxın küçə asfaltlanacaq, şəhərin Nizami Gəncəvi prospektinin yenidən qurulmasına başlanılacaq. Bunlarla yanaşı 3 otelin inşası davam etdirilir, Gəncə çayının sol sahilində aparılan abadlıq işlər sürətləndirilib. 

 

Görüşdə ərazidə yaşayan sakinlərin fikir və təklifləri də dinlənilib. 

 

Qeyd edək ki, Gəncə şəhəri, Aydın Əliyev küçəsində Kəlbəcərdən olan məcburi köçkünlər də məskunlaşıblar, yaxın bir zamanda onların yeni binaya köçürülmələri nəzərdə tutulub.