• 16:06

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə AXC-nin 100 illik yubileyinə həsr olunmuş Universiada keçirilib

  • 41
21 May 2018, 16:14

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş III Universiada keçirilib. 

 

İnterAz-ın Moskva müxbirinin verdiyi məlumata görə, III Universiada “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri ilə yekunlaşıb. Moskvadakı  Sokolniki İdman Kompleksində keçirilən mini-futbol turnirinin qalibi Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin komandası olub. İkinci yeri Rusiya Gömrük Akademiyası və Moskva Dövlət Pedaqoji Universitetinin birləşmiş komandası, üçüncü yeri isə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin komandası tutub. 

 

Rusiya Azərbaycanlı Gənclər Birliyi İdarə Heyətinin üzvü Emin Hacıyev qaliblərə “Heydər Əliyev kuboku” və medallar, RAGB-nin sədri Leyla Əliyevanın adından hədiyyələr təqdim edib.

 

Qeyd edək ki, III Universiada çərçivəsində həçinin kişilər və qadınlar arasında voleybol, marafon və stolüstü tennis yarışları da keçirilib.  Universiadasının bütün qaliblərinə mükafatlar təqdim olunub.