• 08:43

Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb

  • 29
21 Iyun 2018, 14:26

Samir İsmayılov Şotlandiyanın Qlazqo şəhərində keçirilən veteran tatami ustaları arasında qitə yarışında fərqlənməyi bacarıb. Gəncəli idmançı 81 kq çəkidə Polşa, İsveçrə və Fransadan olan rəqiblərini məğlub edərək birinci yerin qalibi olub. 

 

İnterAz xəbər verir ki, Samir İsmayılov Azərbaycanın peşəkar cüdoçuların biridir. 33 yaşlı idmançı yığma komandanın tərkibində 23 yaşadək gənclər arasında Avropa çempionatında 2-ci yeri tutub. Bundan başqa o Dünya Kubokunun qalibi, həmçinin gümüş medalına sahib çıxıb.

 

Qeyd edək ki, hal hazırda bu Gəncə şəhərinin bu il üçün 4-cü böyük qələbəsidi və ilin axırında dünya çempionatına qatılmaq üçün qazanılan vəsiqələrlə idmançılarımız bir daha bayrağımızı ucaltmağa güclü məşqlərə davam etdiklərini bildirdilər.