• 12:15

Alpaqut turan döyüş sənəti üzrə açıq Bakı şəhər turniri keçirilib

  • 46
25 Iyun 2018, 11:33

Şağan İdman Olimpiya Kompleksində Azərbaycan Alpaqut Federasiyası (AAF) Bakı  şəhər İdman Baş İdarəsi ilə razılaşdırılmış qaydada Alpaqut Turan döyüş sənəti üzrə açıq Bakı turniri keçirilib.

 

İnterAz xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Xosrov bəy Sultanovun əziz xatirəsinə həsr edilmiş yarışda Azərbaycan Alpaqut Federasiyasının müxtəlif bölgələrindən 20-dən çox komanda olmaqla 300 dən artıq idmançı iştirak edərək, güclərini sınayıb.

 

Öncə yarışın rəsmi açılış mərasimi keçirilib. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev və yarışa dəvət edilmiş qonaqlar çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

 

Qeyd edək ki, yarış dörd - Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə baş tutub. Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif yaş qrupları üzrə alpaqutçular tatami üzərinə çıxıb.

 

Yarışın sonunda qaliblər mükafatlandırılıb.