• 23:30

Bu il bostan bitkilərində ciddi artım var

  • 21
07 Avqust 2018, 15:41

Əslində hər il bu vaxtlar bostan meyvələrin coxluğu, eləcə də qiymətlərinin ucuz olması ilə yadda qalır.

 

İnterAz xəbər verir ki, amma bu il ölkə bazarlarında tam fərqli bir stiuaiya hökm sürür. Belə ki, ötən il bu vaxtı kiloqramı 20-25 qəpiyə satılan qarpızın qiyməti hazırda 50-60 qəpik arasında dəyişir. Satıcılar isə qarpızı baha aldıqlarını dilə gətirdilər.

 

Bostancılar isə deyir ki, ötən illərdə qarpızın bol olması onun qiymətini də öz təsirini göstərə bilmişdi.Ancaq bu il çoxları bostan bitkisinə deyil ,pambıq və cuğundur əkməyə üstünlük veriblər. Yəni,əgər ötən illərdə ölkə ərazisində 30min hektara yaxın bostan bitkisi əkilmişdisə indi bu rəqəm heç 20min hektara belə yaxınlaşmayıb.Tələbin təklifi üstələməsi nəticəsində isə  qiymətlərdə ciddi artım gözə çarpır.