• 22:49

Tanınmış jurnalist Orxan Camal Moskvada dəfn edilib

  • 30
08 Avqust 2018, 17:26

Moskvada tanınmış jurnalist Orxan Camal torpaqa tapşırılıb.

 

İnterAz xəbər verir ki, ilk öncə paytaxtın mərkəzi Memorial məscidində vida mərasimi təşkil olunub.

 

Vida mərasiminə Rusiya Federasiyasının tanınmış ictimaiyyət və siyasət nümayəndələri ilə yanaşı, din xadimləri, Azərbaycan səfirliyinin nümayəndələri də iştirak ediblər.

 

Mərasimdə çıxış edən tanınmış jurnalist və şərqşünas Maksim Şevcenko Orxan Çamalın bir döyüşçü olduğunu biıdirib. Qeyd edib ki, o yüksək amal uğurunda həmişə mübariz olub.

 

Çıxış edən Rusiya müftilər şirasının sədri Ravil Qayuniddin isə Orxan Çamalın Rusiyada islamın yayılması və müdafiəsindəki rolunu qeyd edib. müsəlmanların, şəhidlərin ölmədiyini, yüksək təbəqəyə qalxdıqını bildirib.

 

Digər çıxış edənlərdə Orxan çamal haqqında fikirlərini böıüşüblər.

 

Tədbirə iştirak edən Azərbaycan səfirliyinin əməkdaşları və heydər əliyeb fondunun nümayəndələri də Orxan çamalın Azərbaycan diasporunun parlaq siması olduğunu xatırladıblar.

 

Vida mərasimindən sonra Orxan Çamal Moskvanın "Xavanskoe" müsəlman qəbristanlığında dəfn edilib. Orxan çqmalın üstünə ilk torpağı isə oğlu Mənsur Çamal atıb.

 

Xatırladaq, iyulun 31-də Mərkəzi Afrika Respublikasında "Vaqnerin ordusu" kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyəti ilə bağlı film çəkən üç rusyalı jurnalist-Azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Onların meyitləri ötən gecə təyyarə ilə Moskvaya gətirilib.