• 21:42

Türkiyədə axtarışda olan şəxs avtomobil ustasını öldürüb

  • 122
09 Avqust 2018, 14:27

Hadisə Ankaranın Gölbaşı mahalında qeydə alınıb.

 

İnterAz xəbər verir ki, axtarışda olan, “Terror Əhməd” ləqəbi ilə tanın bir nəfər təkər təmir edən şəxsin yanına gəlib ondan avtomobilini yumağını istəyib. Lakin qarşı tərəf  narazılıq edərək “bu mənim işim deyil” cavabını verib. 

 

Hadisə də elə bundan sonra baş verib.

 

Əsəbi müştəri təkər təmir edən şəxsə atəş açıb. Təkər təmir edən şəxs müştərinin maşınına minib və hadisə yerindən qaçıb. O, ağır yaralı vəziyyətdə olduğundan sükan arxasında dünyasını dəyişib. Avtomobil isə ağaca çırpılıb.

 

Hadisəni törədən Əhməd adlı şəxs polis tərəfindən yaxalanıb.

 

Faktla bağlı araşdırmalar davam edir.