• 02:27

Azərbaycanlı atlet Ramil Quliyev Avropa çempionu olub

  • 58
10 Avqust 2018, 11:03

Türkiyə millisində çıxış edən azərbaycanlı sprinter Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

İnterAz-ın məlumatına görə, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. 

 

Finişə 19,76 saniyəyə çatan Quliyev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionluğuna sahib çıxıb.


Qeyd edək ki, Ramil Quliyev ötən il 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.