• 21:35

Moskvadan bir qrup azərbaycanlı həcc ziyarətinə yola düşüb

  • 133
10 Avqust 2018, 16:13

Rusiya Federasiyasında yaşayan və fəaliyyət göstərən azərbaycanlılar bu dövlətin vətəndaşları kimi Moskvadan Həcc ziyarətinə yola düşüblər.

 

İnterAz-ın Moskva müxbirinin verdiyi məlumata görə, bu ilə də soydaşlarımız 60 nəfərdən ibarət qrup şəkilində müqəddəs ziyarətə üz tutublar. Həcc ziyarətinə yollanan soydaşlarımızda ruh yüksəkliyini və üzlərində sevinc olunub.

 

Qrup rəhbəri, Rusiyada tanınmış ilahiyyatcı Hacı Namiq Abışov səfər barədə məlumat verərək qeyd edib ki, zəvvarların sənədləşmə və vizaların alınması barədə heç bir problem yaşanmayıb.

 

Onun sözlərinə görə, zəvvarlar ilk öncə Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərinə oradan isə müqəddəs torpaqlara üz tutacaqlar.

 

İlahiyyatçı, həmçinin, müqəddəs ziyarətdə dövlətimizin və millətimizin rifahının yüksəlməsi, şəhidlərimizin ruhunun şad olması və zəbt olunmuş torpaqların geri qaytarılması üçün uca Allaha dualar olunduğunu nəzərə çatdırıb.

 

Möminlər müqəddəs səfərə yollanmamaqdan öncə xatirə şəkli çəkdirib.

 

Qeyd edək ki, zəvvarların Moskvaya dönüş tarixi sentaybrın 2-sinə planlaşdırılıb.