• 13:49

UEFA Avropa Liqasında matçda insident yaşanıb, hakim yaralanıb

  • 301
10 Avqust 2018, 16:44

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, oyunların birində insident yaranıb.

 

"Şturm" (Avstriya) -  AEK (Kipr) matçının 78-ci dəqiqəsində azarkeşlərin atdığı şüşə butulka  yan xətt hakiminin başına dəyib. Yerə yıxılan hakimin başından qan açılıb. Nəticədə oyunun baş hakimi qarşılaşmanı dayandırıb. Matç təxminən 40 dəqiqə fasilədən sonra davam etdirilib. 

 

Qeyd edək ki, görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.