• 00:40

Türkiyə millisindən əzmkar qələbə

  • 15
11 Sentyabr 2018, 15:43

UEFA Millətlər Liqasında ikinci turun oyunları davam edir.

 

İnterAz xəbər verir ki, bu gün turnirdə daha 8 oyun keçirilib.

 

Azərbaycanlı azarkeşlərin də maraq dairləsində olan B liqasında yarışan Türkiyə İsveçin qonağı olub. “Ay-ulduzlular” ilk görüşündə doğma divarlar arasında Rusiyaya məğlub olub. Bu səbəbdən də səfərdə Türkiyə yığması mütləq qalib gəlməli idi. Türklər çətinliklə də olsa, bu işin öhdəsindən gəlib. Matç ərzində 0:2 hesabı ilə geridə olan Mirça Luçeskunun komandası əzmkar oyunla 3 qol vuraraq qələbə qazanıb - 3:2.