• 14:49

ABŞ-dan fələstinlilərə daha bir zərbə

  • 13
11 Sentyabr 2018, 15:50

Tanınmış dünya KİV-ləri məlumat yayıblar ki, ABŞ hökuməti Fələstinin Amerikadakı səfirliyi hesab edilən Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyini bağlayır.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyinin bağlanması haqda layihə hazırlayıb və Ağ Ev tezliklə bunu rəsmi olaraq bəyan edəcək.

 

“The Wall Street Journal” da eyni məlumatı dərc edib.

 

Məlumata görə, Con Bolton, bu addımın fələstinlilərin İsraillə birbaşa danışıqlara boyun qoymadıqlarına görə atıldığını deyib.

 

Həmçinin bəyan edilib ki, bu addımın əsas səbəblərindən biri də fələstinlilərin Amerika və İsraildən Beynəlxalq Cinayətlər Məhkləməsinə şikayət etməsidir.

 

“The Wall Street Journal”ın məlumatına görə Con Bolton buna görə Beynəlxalq Cinayətlər Məhkləməsini də təhdid edib.

 

Qeyd edək ki, Tramp iş başına gəldikdən sonra Qüdsü İsrailin paytaxtı elan edib. 2018-ci ilin mayında isə ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürülüb. ABŞ hökuməti növbəti addımda Fələstin Muxtariyyətinə verdiyi yardımı dayandırıb və BMT nəzdində olan Fələstin qaçqınlarının yardım fondu UNRWA-a ayırdığı dəstəyi tamamilə dayandırıb. ABŞ hökuməti cari ildə 3 dəfə BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı qətnaməni veto edib.

 

Ekspertlərin fikrinə görə əgər Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyi bağlanarsa Vaşinqtonun Yaxın Şərq məsələsindəki öncəki vasitəçi mövqeyi birdəfəlik olaraq məhv olacaqdır.