• 01:18

Kərbəla faciəsi Məhərrəm ayını tarixə, yaddaşlara qanlı ay, matəm ayı kimi yazıb

  • 73
11 Sentyabr 2018, 15:54

Hicri qəməri tarixi ilə 1439-cu il başa çatıb və bu gün 1440-cı ilin ilk günü yəni Məhərrəm ayının biridir.

 

İnterAz-ın verdiyi məlumata görə, hicri-qəməri tarixi İslam peyğəmbəri Məhəmməd ibni Abdullahın (s) və ona iman gətirənlərin Məkkədən Mədinəyə hicrət etməsi hadisəsindən başlayıb.

 

Bu hicrətlə İslam dini yenidən dirçəliş etdiyinə görə müsəlmanlar öz təqvimlərini onunla başlayıblar.

 

Hicri-qəməri ilinin ilk ayı Məhərrəm ayı bir çox ərəb ölkələrində tətil mövsümü olsa da bu zamanda Kərbəlada Aşura faciəsinin baş verməsi onu hüzn ayı kimi tanıtdırıb.

 

Hicrətin 61-ci ilində baş vermiş bu faciə məhərrəm ayını tarixə, yaddaşlara qanlı ay, matəm ayı kimi yazıb.

 

Bu gündən başlayaraq bir çox dünya ölkələrində müsəlmanlar Kərbəlada faciəvi şəkildə şəhid edilmiş Peyğəmbər övladı İmam Hüseynin və onun 72 yavərinin şəninə mərsiyyələr deyərək, hüzn saxlayacaqlar.

 

Məlumat üçün bildirək ki, ötən həftə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada bildirilir ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabr ayının 11-nə təsadüf edir. Bu il Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.