• 01:29

Gəncə şəhərində dezinfeksiya və dezinseksiya işlərinə başlanılıb

  • 11
12 Sentyabr 2018, 16:36

Gəncə Şəhər Baytarlıq İdarəsi mövsümlə əlaqədar olaraq dezinfeksiya və dezinseksiya işlərinə başlayıb.

 

İnterAz xəbər verir ki, idarənin məqsədi yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaqdıR. Gəncə şəhər baytarlıq idarəsinin rəisi Xəyal Zehnalabdiyev bildirib ki, xidməti ərazilərimizdə epizootik vəziyyət tam sabitdir.

 

Heyvanlar arasında ciddi xəstəlik və yaxud da kütləvi ölüm halları qeydə alınmayıb.

 

Rəis onuda qeyd etdi ki, hal hazırda iri buynuzlular arasında davağ və qarayara xəstəliyinə qarşı revaksinasiyaya  başlanılıb. Ev quşları arasında isə Nyukasl xəstəliyinə qarşı pehvəndləmə işləri aparılır.

 

Qeyd edək ki, Xəyal Zehnalabdiyevin sözlərinə görə Gəncə şəhər ərazisində 1500 ədəd iri buynuzlu, 2600 ədəd xırda buynuzlu, 12000dən cox ev quşları və 500 ədət ev itləri vardır.