• 14:28

Paşinyan: “Koçaryan və Sarqsyan mənimsədikləri pulları könüllü olaraq dövlətə qaytarmalıdır”

  • 15
12 Sentyabr 2018, 16:40

“Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyətdə olduqları zaman topladıqları pulları könüllü olaraq dövlətə qaytarmalarını təklif edirəm”.

 

İnterAz-ın verdiyi məlumata görə, bu barədə Ermənistan KİV-də məlumat yer alıb. Məlumata görə, bunu ölkənin baş naziri Nikol Paşinyan “Mənim addımım” mitinqində bildirib.

 

Hökumət başçısı deyib ki, R.Koçaryan və S.Sarqsyan böyük var-dövlətə sahibidirlər: “Onların həmin pulları dövlətə qaytarmalarını təklif edirəm. O zaman biz meydana toplaşıb, həmin var-dövlətin taleyini həll edərik”.

 

Onun sözlərinə görə, Serj Sarqsyanın qardaşı Aleksandr (Saşik) Sarqsyanın banklarda 30 milyon dollar pulu var.

 

N.Paşinyan Ermənistan Polisinin və Milli Təhlükəsizlik Xidmətinin rəislərinə məmur və oliqarxlarla bağlı reyd keçirməyi tapşırıb: SİTAT “Polisə və Milli Təhlükəsizlik Xidmətinə yüksək rütbəli məmurlar və oliqarxlarla bağlı reyd keçirməyi, onların cangüdənlərini asfalta uzadıb, tərksilah etməyi tapşırıram. İki saatdan sonra nəticəni məruzə edin. Bütün bu xüsusi xidməti və qanunsuz silahlı qrupları aşkarlayıb, məhv edin. Əks halda yenidən kamuflyaj geynib, küçələrdə səliqə-sahman yaradacam. Bütün həbslərin məsuliyyətini üzərimə götürürəm. Serj Sarqsyan və Robert Koçaryan, siz xalqa qarşı çıxış etdiniz. Baxın, xalqın cavabı necə olacaq”SİTATIN SONU.

 

O, R.Koçaryan və S.Sarqsyanın 100 milyon dollar məbləğində çirkli pulları necə yumasından da danışıb:“Bu məbləğin 50 faizi Saşikə, 50 faizi isə Robertə çatıb. Həmin məbləğlərin hansı banklarda olduğunu bilirik”.