• 00:48

Maradona haqda serial çəkilir

  • 14
13 Sentyabr 2018, 12:30

“Amazon” film şirkəti Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanın həyatından bəhs edən serial çəkir.

 

İnterAz-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, veteran futbolçunun həyatının müxtəlif anlarını 3 aktyor – Nazareno Kasero, Xuan Palomino və Nikolas Qoldşmidt canlandıracaq. 

 

Serialla bağlı yaxın günlərdə şirkətin platformalarından birində məlumat yerləşdiriləcək.

 

Qeyd edək ki, Maradona haqda bundan əvvəl daha 2 film çəkilib.