• 00:44

Heyli: Trampın Suriyada yenidən güc tətbiq etmək əzmini sınamağa gərək yoxdur

  • 11
13 Sentyabr 2018, 12:35

Suriyada kimyəvi silahdan istifadə olunacağı təqdirdə ABŞ prezidenti Donald Trampın bu ölkəyə qarşı yenidən güc etmək əzmini sınamağa gərək yoxdur.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu bəyanatla çərşənbə günü "Fox News" telekanalının efirində ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli çıxış edib.

 

"Biz aydın şəkildə suriyalılar, ruslar və iranlılara dedik ki, kimyəvi silahdan istifadə etməzdən əvvəl diqqətlə düşünsünlər. İki dəfə kimyəvi silahdan istifadə etdikləri barədə xəbərdarlıq etdik və prezident Tramp iki dəfə tədbir gördü. Bizi yenidən sınamağa gərək yoxdur, çünki şanslar, məncə, onların [Suriya, İran və Rusiyanın] əleyhinədir", - deyə Heyli əlavə edib.