• 01:33

Tanınmış azərbaycanlı məşqçi İraq yığmasından təklif alıb

  • 8
13 Sentyabr 2018, 13:21

Premyer Liqada keçirdiyi oyun sayına görə hamını qabaqlayan Qəhrəman Əliyev İraq Futbol Federasiyasından (İFF) təklif alıb.

 

İnterAz xəbər verir ki, «Şəmkir», «Viləş», «Masallı» və «Bakı»da qazandığı uğurlarla adından söz etdirən təcrübəli mütəxəssisə bugünlərdə ərəb ölkəsindən dəvət gəlib.

 

Daha dəqiq desək, 11 və 14 yaşlılardan ibarət millilərini Bakıya gətirən İFF rəsmiləri burda onunla görüşüb.

 

Əliyevdən bu yığmalardan birini götürməsi istənilib. Çünki İsgəndər Cavadovun adını daşıyan «Bakı» futbol akademiyasında onun necə çalışmasını görüblər.

 

İşküzarlığı və savadıyla iraqlı nümayəndələri heyrətə gətirən məşqçinin onlarla yola davam etməsi yığma üzvlərinin də ürəyincə olardı. Futbolçular yığışaraq Əliyevlə görüşə gəlib və onu Bağdadda gözləyəcəklərini bildiriblər.