• 01:12

Həkimlər Ronaldonun ideal fiziki formasının sirri açıqlayıb

  • 15
13 Sentyabr 2018, 13:32

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun ideal fiziki formaya sahib olmasının səbəbləri açıqlanıb.

 

İnterAz-ın xəbərinə görə, portuqaliyalı hücumçunun sağlamlığına nəzarət edən həkim Xuan Karlos Ernandes “La Gazetta Dello Sport”a müsahibəsində onun düzgün vərdişlərə əməl etdiyini bildirib:

 

“Ronaldonun uğuru üç amillə bağlıdır – düzgün məşq, düzgün qidalanma və düzgün istirahət. 

 

33 yaşlı futbolçunun digər həkimi Mika Kleqqa isə deyib: “Ronaldonu həmkarlarından fərqləndirən əsas cəhət onun işinə sədaqətli olmasıdrı. O, heç vaxt dayanmır". 

 

Qeyd edək ki, yay fasiləsində “Real”dan “Yuventus”a keçən Ronaldo A Seriyasında 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.