• 00:43

Yol polisi sürücü və piyadalara qarşı növbəti dəfə reyd keçirib

  • 60
13 Sentyabr 2018, 17:08

Bakıda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

 

İnterAz xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı növbəti dəfə reyd keçirib. Reyd şəhərin "Beşmərtəbə” dairəsinə yaxın, xüsusilə də hərəkətin sıxlıq təşkil etdiyi ərazilərdə baş tutub.

 

Bölmə rəisi bildirib ki, yol polisi sürücülər tərəfindən dayanma-durma, eləcə də parklanma qaydalarının yerinə yetirilməməsi, həmçinin piyadaların təyin olunmayan yerlərdən keçərkən avtomobillərlə vurulması faktlarına qarşı tədbirləri davam etdirir.

 

Vaqif  Əsədov qeyd edib ki, baş tutan reyd maarifləndirici xarakter daşıyıb.

 

Sürücülər isə qayda pozuntusunu belə izah edib.

 

Qaydanı pozan piyadaların isə bəziləri piyada zolağından məsafənin uzaq olmasını bəhanə gətirdi, bəziləri isə etdiyi qayda pozuntusunu etiraf etdi.

 

Məlumat üçün bildirək ki, qəzaların sayının minimuma endirilməsi məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.