• 07:39

"Qarabağ" məşqlərə başlayıb

  • 7
09 Oktyabr 2018, 15:39

Avropa Liqasının qrup mərhələsində “Arsenal”la oyundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün yenidən bir araya gəlib.

 

İnterAz-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  komanda oktyabrın 20-də qarşılaşacağı "Səbail"lə matç üçün hazırlığa start verib.

 

Milli komandaların heyətlərində yer alan futbolçular məşqdə iştirak etməyib. Onun əvəzində isə "Qarabağ-2"nin bir neçə üzvü əsas komandanın məşq prosesinə qoşulub.