• 07:08

Dağ kənd məktəblərində şagirdlərin sayı yenidən artmağa başlayıb

  • 15
10 Oktyabr 2018, 14:16

Dağ kənd məktəblərindən çıxan şagirdlər geri dönməyə başlayıb.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, söhbət Tovuz rayonun dağ kəndləri olan, dəniz səviyyəsindən 1550 metr hündürlükdə yerləşən Kirən, Soflar və Baqqalı kənd tam orta ümumtəhsil məktəblərindən gedir. Sovetlər dönəmindən sonra kəndə təbii qazın verlişinin dayandırılması, elektrik enerjisin fasilələr ilə verilməsi, ən əsası isə kənd yollarının acınacaqlı vəziyyətdə olması burada yaşayan sakinlərin rayon mərkəzinə və eləcə də digər şəhərlərə axınını çoxaltmışdı. Nəticədə isə kənd məktəblərində şagirlərin sayı azalaraq minumum həddə çatmış, hətta bu vəziyyət bəzi məktəblərin bağlanması hallarını qaçılmaz edir .Ancaq bölgələrdəki təhsil müəəsəsində gedən islahatlar fonunda artıq sözügedən Kəndlər fasiləsiz elektrik enerjisi  və təbii qaz ilə təmin edilib, bundan başqa,ərazidəki yollara asfalt örtük döşənib. Bununla da dağ kəndlərini yenidən geri axın edən insanların sayı artmağa başlayıb. Kirən kənd tam orta məktəbinin direktoru Fərhad Ələkbərovun sözlərinə görə, Bu da öz növbəsində məktəblərdəki şagird sayına da öz təsirini göstərə bilib

 

Soflar kənd orta məktəbinin direktoru Rəşid Cəfərov və Baqqalı kənd orta məktəbinin direktoru Elqam Məmmədov da sözügedən məktəblərdə son dövrlərdə şagirdlərin sayında xeyli artım olduğunu deyir

 

Bundan başqa,imtahan verərərək,bölgələrdəki məktəblərə gəlməsi regionlarda təhsilin inkişafına öz müsbət təsirini göstərə bilib.Gənc müəllimlər peşə fəaliyyətlərini burada davam etdirməkdən razı olduqlarını deyirlər

 

Qeyd edək ki, dağ kənd orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə məktəblər təmir edilir, istifadəsini başa vurmuş məktəblər sökülərək, onların yerində müasir tipli məktəb binaları tikilərək şagirlərin istifadəsinə verilir. Bununla da bağlanmaq təhlükəsi qarşısında olan məktəblərdə yenidən canlanma müşahidə edilir.