• 07:27

Bölgələrdə heyvanlar arasında təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

  • 14
11 Oktyabr 2018, 14:08

Ölkənin ən zəngin kənd təsərrüfatı rayonlarından biri olan Samuxda kənd təsərrüfatının eləcə də, heyvandarlığın inkişafı yerli sakinlərin dədə-baba ənənələrindəndir.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bu ənənəni qoruyub yaşatmaq və heyvandarlığı inkişaf etdirmək  üçün isə müvafiq qurumlar xüsusilə də baytarlıq idarəsinin üzərinə böyük məsuliyyət düşür.

 

Samux royon baytarlıq idarəsinin rəisinin rəisi Elxan Rüstəmovun sözlərinə görə,Baytarlıq idarəsi vaxtı vaxtında apardığı profilaktik tədbirlər rayon və kəndlərdə hec bir xəstəliyin olmamasına zəmin yaradır. Belə ki,müalicə-profilaktik və epizootik tədbirlərin aparılması Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq aparılır.

 

Rayonda epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

 

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.