• 10:49

Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirilib

  • 76
07 Noyabr 2018, 15:15

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirib.

 

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hissləri və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

 

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edənlər Dövlət Bayrağı Gününün hər il ölkəmizdə geniş qeyd olunduğunu bildirib, bu tədbirlərin əhəmiyyətini xatırladıb.

 

Yürüşün sonunda xatirə şəkli çəkdirilib.