• 11:29

Türkiyənin Gəncədəki konsulu KİV nümayəndələri ilə görüşüb

  • 31
09 Noyabr 2018, 13:56

Bu gün Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulluğunda konsul Zəki Öztürk bölgədəki media nümayəndələri ilə görüş keçirib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, baş konsul vəzifəsinin icrasına yeni başladığı üçün görüş məqsədi media nümayəndələri ilə tanışlıq keçirib.

 

Cənab konsul çıxış edərək bildirib ki, Türkiyə bu gün dünyada ehtiyac olan ölkələrə göstərdiyi yardımla birinci yerdədir. Bu təşəbbüs 1980-ci ildən qida yardımı ilə başlayıb, 2002-ci ildən fərqli sahələrə yayılıb. 2017-ci ilin göstəricilərinə görə  Türkiyə xaricə 9-milyard dollarlıq yardım göstərib. Bu yardımlar irqindən, dinindən və mənsubiyyətindən asılı olmayaraq insanlığa göstərilən yardımlardır. Bu gün bu istiqamət Türkiyənin xarici siyasətinin əsasını təşkil edir. Türkiyə həm də BMT-nin hesabatına görə ən çox qaçqın qəbul edən ölkələr sırasında da öndə gedir.