• 17:31

Azərbaycan-Belarus Biznes Forumu keçirilib

  • 12
06 Dekabr 2018, 10:28

Cari ilin 5 dekabr tarixində “Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində    4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib.

 

İnterAz-ın verdiyi məlumata görə öncə nazir müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edib. 

 

O, bildirib ki,  Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi tərəfindən birgə təşkil olunan biznes forum Belarusun öz milli pavilyonu ilə təmsil olunduğu “Bakutel-2018” beynəlxalq sərgi və konfransı çərçivəsində keçirilir. O bildirib ki, biznes forumun keçirilməsi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edir. 

 

"Dövlətlərimizin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində intensiv əməkdaşlığı hər iki ölkənin potensialının gücləndirilməsinə və bütün sahələrdə qabaqcıl texnologiyaların, eləcə də, innovasiyaların tətbiqinə xidmət edir" - deyə nazir müavini qeyd edib.  

 

Daha sonra Belarus Respublikasının Prezidenti yanında Operativ-təhlil mərkəzinin şöbə müdiri Serqey Jernosek çıxış edib. 

 

Tədbirdə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən hər iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Tədbir çərçivəsində Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyinin “Tətbiqi proqram sistemləri İnstitutu” respublika elmi-mühəndis unitar müəssisəsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.