• 17:32

İspaniya La Liqasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib

  • 11
07 Dekabr 2018, 14:05

İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. 

 

İnterAz-ın məlumatına görə, "Marca"nın azarkeşlər arasında apardığı sorğunun nəticəsinə əsasən "Real"ın hücumçusu Kərim Benzema hamını qabaqlayıb.

 

Fransalı futbolçu ötən ay meydana çıxdığı 4 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Ümumilikdə isə Benzema bu mövsüm 21 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.