• 17:31

Fransada etiraz aksiyalarında asayişi qorumaq üçün on minlərlə asayiş keşikiçisi səfərbər olunacaq

  • 11
07 Dekabr 2018, 14:10

Fransada etiraz aksiyalarında asayişi qorumaq üçün on minlərlə asayiş keşikiçisi səfərbər olunacaq.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin baş naziri Eduar Filipp TF1 telekanalının efirində bildirib.

 

O, bildirib ki, ölkədə benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyada hüquq-mühafizə orqanlarının 89 mindən çox əməkdaşı səfərbər ediləcək.

 

Baş nazir həmçinin qeyd edib ki, Parisdə asayişi 8 min polis əməkdaşı və xüsusi texnika mühafizə edəcək. Fransada benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçiriləcək növbəti kütləvi aksiya sabah təşkil ediləcək.

 

Bu arada Fransada orta təhsil sistemində aparılan islahatlara qarşı keçirilən 4-cü etiraz aksiyası zamanı 700-dən artıq məktəbli saxlanılıb.

 

Etiraz aksiyaları səbəbindən 280 təhsil müəssisəsinin işində problemlər yaranıb, onlardan 45-i isə bağlanıb.