• 18:52

DİM sədri Gəncədə vətəndaşları qəbul edib

  • 16
07 Dekabr 2018, 14:13

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 6-da Gəncədəki Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu kecirib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə ilə yanaşı, Samux, Göygöl, Daşkəsən və Gədəbəy sakinləri, eləcə də qaçqın və məcburi köçkünlər şura sədrinə müraciət etmək imkanı qazanıblar. Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadəyə görüşdə xarici ölkələrdə təhsil alanların işlə təmin olunması, orta və ali ixtisas müəssilərində təhsil alanların köçürülməsi və Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərdə olub. Qurum sədri 

 

Bu il orta məktəblərin buraxılış imtahanında edilən yeniliklərdən də söz açıb.