• 11:07

“Danışığınla həyatı qazan” kitabı çapdan çıxdı

  • 52
18 Aprel 2016, 13:10

Aparıcı və nitq mədəniyyəti üzrə mütəxəsis Cəlalə Nəzəroğlunun “Danışığınla həyatı qazan” kitabının təqdimat mərasimi oldu.

İnterAz xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, o cümlədən, dilçi alimlər iştirak edirdilər. Çıxış edənlər “Danışığınla həyatı qazan” kitabının ana dilində səlis, sərbəst danışmaq, fikir və duyğuları mükəmməl ifadə etmək, komplekslərdən uzaqlaşmaq, iş və şəxsi həyatda uğur qazanmaq üçün dəyərli vəsait olduğunu vurğuladılar. İlk dəfə olaraq belə bir kitab çap etdirən müəllif bildirdi ki, kitabda qüsursuz nitqə sahib olmağın yolları mərhələli şəkildə göstərilib.

Müəllif özü də ərsəyə gətirdiyi kitab haqqında danışarkən bildirdi ki, başqalarının bizi maraqla dinləməsini təmin etmək, razı salmaq, qəbul olunmaq, seçilmək və hədəflərimizə çatmaq istəyiriksə, doğru və təsirli ünsiyyət qurmalıyıq. Bunu təmin edən isə qüsursuz danşıq qabiliyyətidir. Bu kitab yaşından, məsləyindən, savadından asılı olmayaraq, bütün oxucuların karyera və şəxsi həyatlarındakı problemlərin səbəbini tapmağa və asan yolla həll etməyə kömək edəcək.

Qeyd edək ki,Cəlalə Nəzəroğlu hal-hazırda “ASAN Radio”da aparıcılıq fəaliyyətini davam etdirir.