Qızlarına bomba bağlayıb ölümə göndərən “Ata!”

Terrorçu ata qızlarını intihara göndərib

  • 3

Bakı, Oktay Quliyev, İnteraz - 21 Dekabr 2016, 18:22

Terrorçu ata qızlarını intihara göndərib.

İnterAz Suriya mediasına istinadən xəbər verir ki, 16 sentyabr tarixində Dəməşqdə polis bölməsində baş verən partlayışın təfərrüatları məlum olub. Belə ki, 7 yaşlı bir qız uşağı polis bölməsinə yaxınlaşaraq itdiyini deyib. Polislər onu bölməyə aparıblar. Bu an əvvəldən uşağa bağlanmış bomba uzaqdan idarə etmə qurğusu ilə işə salınaraq partladılıb. Bu gün yayılan video görüntüdən məlum olub ki, partlayış zamanı ölən uşağa öz atası bomba bağlayaraq intihara göndərib.

Video görüntüdən açıq-aydın görünür ki, ata iki azyaşlı qızlarını “kafirlərlə” döyüşməyə, onları öldürməyə təşviq edir. Bundan əlavə azyaşlı uşaqların anası da onları intihara hazırladığı görünür. Bu dəhşətli görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Valideyinlərin öz azyaşlı uşaqlarını terror və intihara hazırlaması insanlar tərəfindən qəzəblə qarşılanıb.

Azyaşlı uşaqlardan digərinin hansısa terror hadisəsində partladılması hələ məlum olmasa da, görüntülərdə ana hər iki qızı ilə vidalaşır.

Qeyd edək ki, qızlarını intihara hazırlayan ata Suriya müxalifət qüvvələri sıralarında Suriya ordusuna qarşı döyüşən “Nusra cəbhəsi” terrorçulardandır. Şərqi Hələb azad edildikdən sonra terrorçular müxtəlif yollarla Hələbin qisasını almağa çalışırlar.