İzmirdə məhkəmə qarşısında partlayış olub

3 nəfər yaralanıb

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Yanvar 2017, 17:37

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında bir maşın partlayıb.

İnterAz “Hurriyet”ə istinadən xəbər verir ki, ilkin məlumata görə, bombalı maşın partladılıb.

Hadisə yerində olan KİV nümayəndəli iriçaplı silahı olan terrorçunun cəsədinin tapıldığını qeyd edib.

İlkin məlumatlara görə, 3 nəfər yaralanıb. Partlayış ətrafdakı avtomobillərə də ziyan vurub. 

DHA müxbirinin yaydığı məlumata görə isə, məhkəməyə girişdəki polis məntəqəsi yaxınlığında iki partlayış olub. Məhkəmənin yaxınlığında bir maşının yandığı deyilir. Hadisə yerində iki terrorçunun cəsədi var.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını göndərilib.

Baş nazirlik hadisə ilə bağlı KİV-də məlumat yayılmasını qadağan edib. 

Partlayış baş verən yerin yaxınlığında şübhəli paketin olduğu bildirilib. Ərazidə genişmiqyaslı əməliyyat başlayıb.