İranda Ayətullah Rəfsəncaninin dəfn mərasimi keçirilir

Hökumət başçılar, kabinet üzvləri, prezident köməkçiləri, Parlament nümayəndələri, əyalət rəsmiləri və minlərlə iranlı mərasimdə iştirak edir

  • 99

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Yanvar 2017, 10:13

İranın paytaxtı Tehranda minlərlə insan sabiq prezident Ayətullah Əkbər Haşimi rəfsəncani ilə vidalaşmaq üçün küçələrə çıxıb.

İnterAz “PressTV”ə istinadən xəbər verir ki, dini mərasimi İranın Ali dini lideri Ayətullah Seyid Əli  Xamenei idarə edəcək.

Hökumət başçılar, kabinet üzvləri, prezident köməkçiləri, Parlament nümayəndələri, əyalət rəsmiləri və minlərlə iranlı mərasimdə iştirak edir.

Ayətullah Rəfsəncani 82 yaşında tehran xəstəxanasında ürək çatışmazlığından vəfat edib.