Tramp kürəkənini baş müşaviri təyin edir

Kuşner Trampın daxili və xarici siyasət məsələlərində müşavirlik edəcək

  • 34

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Yanvar 2017, 12:08

ABŞ prezidenti seçilən Donald Tramp kürəkəni Jared Kuşneri Ağ Evdəki ən əhəmiyyətli vəziflərdən olan “prezidentin baş müşaviri” vəzifəsinə gətirəcəyini açıqlayıb.

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə ictimaiyyətə açıqlama verib.

“Rəhbərliyimdə əsas əhəmiyyətə sahib bir rolda olması qürurvericidir”, - deyən Tramp Kuşnerin bütün komandası ilə birlikdə çalışacağıa inandığını vurğulayıb.

Ağ Evdəki vəzifəsi üçün hpkumətdən hər hansı bir maaş almayacağı ifadə edilən Kuşner prezident müşaviri olaraq Trampın daxili və xarici siyasət məsələlərində müşavirlik edəcək.

Ailənin əmlak şirkətində və “N
ew-York Observer” qəzetində ticari mövqeyi olan Kuşnerin bu vəzifələrindən ən qısa zamanda istefa etməsi gözlənilir. 1967-ci ildə qəbul edilən qanuna görə, ABŞ-da hökumət rəsmilərinin qohumlarının rəhbərlik vəzifələrində işə qəbul edilməklərinə icazə verilmir, amma qanunda bəzi işlərlə bağlı boşluqlar mövcuddur.