İran xalqı Ayətullah Rəfsəncani ilə vidalaşır

İzdihamlı dəfn mərasimində İranın ali dini rəhbəri, prezident və digər hökümət başçıları, eləcə də, xarici ölkə rəsmiləri iştirak edirlər

  • 292

Bakı, Oktay Quliyev, İnteraz - 10 Yanvar 2017, 13:47

İran İslam Respublikasının sabiq prezidenti və İran İslam Respublikası Məsləhət Şurasının Sədri Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi keçirilir.

İnterAz “Mehrnews” agentliyinə istinadən xəbər verir ki, Ayətullah Xameneyinin rəhbərliyi ilə cənazə namazı qılındıqdan sonra mərhumun cənazəsi hökumət başçıları, kabinet üzvləri, Parlament nümayəndələri, əyalət rəsmiləri və xarici KİV-lərin müşayəti ilə Tehran universitetinin qarşısından başlayaraq Tehranın “Vəli Əsr “  prospekti ilə mərhum İmam Xomeyninin məqbərəsində doğru aparılır.

Verilən xəbərə görə, mərhuimun cənazəsi İran İslam inqilabının banisi İmam Xomeyninin məqbərəsində dəfn ediləcək.

İzdihamlı dənf mərasimində Tehran polisi gücləndirilmiş iş rejiminə keçib, təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, bu gün İranda matəm elan olunub.