Obama: Rusiya və Çin nüfuza görə ABŞ-la ayaqlaşa bilməyəcək

Obama Rusiya və Çinin nüfuza görə Birləşmiş Ştatlarla ayaqlaşa bilməyəcəyini bəyan edib

  • 3

Bakı, Ceyhun Nəzərov, İnteraz - 11 Yanvar 2017, 09:59

ABŞ-ın hazırkı prezidenti Barak Obama Çikaqodakı vida nitqində Rusiya və Çinin nüfuza görə Birləşmiş Ştatlarla ayaqlaşa bilməyəcəyini bəyan edib.

Bu barədə İnterAz RT-yə istinadla xəbər verir.

“Hədəfə doğru gedən yoldan dönmədiyimiz və kiçik qonşularını qorxudan hər hansı böyük dövlətə təslim olmadığımız müddətcə Rusiya və ya Çin kimi rəqiblər dünyada bizim kimi nüfuza nail ola bilməyəcəklər!”, - Obama söyləyib.