Kabulda ölənlərin sayı 51-ə çatıb

Parlamentin idarə heyəti 36 nəfər Milli Məclis işçisinin öldüyünü təsdiq edib

  • 1

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 10:15

13:03:24

Kabulda parlament ofisinin baş vermiş iki partlayışda ölənlərin sayı 51-ə çatıb.

İnterAz “TOLO Ne
wsa istinadən xəbər verir ki, uşaqlar və qadınlar daxil olmaqla, 150 nəfər yaralanıb. Yaralıların əksəriyyəti mülki şəxslərdir.

KİV-in məlumatına görə, parlamentin idarə heyəti 36 nəfər Milli Məclis işçisinin öldüyünü təsdiq edib.

Qeyd edək ki, ötən gün Əfqanıstan üç partlayış törədilib. 

11:08:42

Qəndəharda baş vermiş partlayışda Birləşmiş ərərb Əmirliyinin beş diplomatı ölüb.

İnterAz xəbər verir ki, bu barədə BƏƏ mətbuatı məlumat yayıb.

Diplomatlara Əfqanıstanda humnaitar, təhsil və inkişaf layihələrini həyata keçirmək tapşırılmışdı. Prezident Şeyx Xəlifə vəfat edənlərin xatirəsinə üç günlük ölkədəki bütün rəsmi dairələrdə bayraqların yarlya endirilməsi ilə bağlı göstəriş verib.

Qəndəhar hücumu Əfqanıstandakı üçn hücumdan biridir. Bundan əlavə Kabulda və Helmand əyalətində də partlayış olub. 

10:15:46

Əfqanıstanda silahlıların hücumu nəticəsində onlarla insan qətlə yetirilib.

İnterAz “BBC”ə istinadən xəbər verir ki, 30-dan çox insan vəfat edib, 80 nəfər yaralanıb. Kabulda parlament yaxınlığında iki partlayış olub.

Qəndəharda valiliyin qonaq evinin yaxınlığında baş vermiş partlayışda 11 nəfər vəfat edib, Birləşmiş ərəb Əmirliyinin səfiri də daxil olmaqla, 14 nəfər yaralanıb.

helmand əyalətində isə "Taliban"ın kamikadzesi kəşfiyyat rəsmisinin istifadə etdiyi qonaq evini hədəfə alıb, ən azı yeddi nəfər öldürülüb.

Kabuldakı partlayış işçilər parlamentin binasını tərk etməyə başladığı saatda baş verib.

“Taliban” şəhərin mərkəzində baş verən iki bombalı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.