Türk Silahlı Qüvvələri 11 terrorçunu məhv edib

Üç sığınacaq yeri, iki nəzarət məntəqəsi, bir anbar və altı silah və müdafiə mövqeyi məhv edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 10:25

“Fərat Qalxanı” əməliyyatı çərçivəsində Türkiyə Hava Qüvvələri Komandanlığına aid döyüş təyyarələri tərəfindən əl-Bab bölgəsində terrorçuların mövqelərinə hücum edilib.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İŞİD terrorçularına məxsus 12 hədəfə hücum edilib. Üç sığınacaq yeri, iki nəzarət məntəqəsi, bir anbar və altı silah və müdafiə mövqeyi məhv edilib.

İlkin hesablamalara əsasən, ən azı 11 terrorçu öldürülüb.