Türkiyədə konstitutsiya dəyişikliyi təklifinin ikinci maddəsi qəbul edilib

Gizli səsvermədə 480 millət vəkili iştirak edib

  • 3

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 10:54

Türkiyə Böyük Millət Məclisinin (TBMM) konstitutsiya dəyişikliyi təklifinin ikinci maddəsinə 343 lehinə, 133 əleyhinə səs verilib.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gizli səsvermədə 480 millət vəkili iştirak edib.

Təklifin lehinə 343, əleyhinə 133, bir nəfər bitərəf, 2 nəfər boş, 1 keçərsiz səs istifadə edilib.