Pan Gi Munun qohumları rüşvətxorluqda ittiham edilir

Pan Gi-sanq və onun oğlu Joo Hyan onlara məxsus bina layihəsini almaq üçün dövlət büdcəsindən istifadə etməsi üçün rəsmi şəxsə rüşvət təklif edib

  • 14

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 11:23

BMT-nin sabiq baş katibi Pan Gi Munun qohumları rüşvətxorluqda ittiham edilir.

İnterAz “BBC”ə istinadən xəbər verir ki, Munun qardaşı və qardaşı oğlu Yaxın Şərqdə səlahiyyətli bir şəxsə Amerikalı vasitəçinin yardımı ilə pul təklif etdiyi bildirilib.

Pan Gi-sanq və onun oğlu Joo Hyan onlara məxsus bina layihəsini almaq üçün dövlət büdcəsindən istifadə etməsi üçün rəsmi şəxsə rüşvət təklif edib.

“Reuters”in Panın sözçüsünə istinadən verdiyi məlumatına görə, o qohumlarının rüşvət iddialarından xəbərsizdir. Munun qardaşı Pan Gi-sanq və onun oğlu Joo Hyan saxlanılmayıb.

Pan Gi Mun 2007-2016-cı illərdə BMT-nin baş katibi olub.