Rusiya Karlov cinayətinin istintaqında Türkiyə ilə əməkdaşlıq edir

Bu cinayəti təşkil edənlər, qatilin muzdluları və onun arxasında olan havadarları tətiyi çəkən insandan daha təhlükəlidir

  • 4

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 12:42

Rusiyanın Tədqiqat Komitəsi Moskvanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsinin istintaqı ilə bağlı türkiyəli həmkarları ilə fəal şəkildə əməkdaşlıq edir.

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə komitənin sədr müavini İqor Krasnov deyib.

“Bu cinayəti təşkil edənlər, qatilin muzdluları və onun arxasında olan havadarları tətiyi çəkən insandan daha təhlükəlidir. Karlovun qatili onun arxasında dayanır və biz qatilin arxasında kimin dayandığını tapmalıyıq”, - Krasnov deyib.

Dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Mövlud Mərd Altıntaş tərəfindən öldürülüb.