İranda Ayətullah Rəfsəncani üçün anım mərasimi keçirilib

Müxtəlif sahələrdən olan şəxslər İmam Xomeyni məscidində təşkil edilən mərasimdə iştirak edib

  • 87

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 14:01

İranın Ali dini lideri Ayətullah Seyid əli Xamenei tərəfindən ölkənin sabiq prezidenti Ayətullah Rəfsəncani üçün anım mərasimi keçirilib.

İnterAz “İRNA”ya istinadən xəbər verir ki, Rəfsəncaninin ailə üzvləri, hökumət başçıları, ölkənin mülki və hərbi rəsmiləri, eyni zamanda müxtəlif sahələrdən olan şəxslər İmam Xomeyni məscidində təşkil edilən mərasimdə iştirak edib.

Ayətullah Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanasında 82 yaşında ürək çatışmazlığından vəfat edib.