Səfir: Şimali Koreya istənilən vaxt ballistik raketlərin buraxılışına hazırdır

ABŞ-ın Cənubi Koreyada yerləşdirilən THAAD raket əleyhinə sistemi Rusiya və Çinə qarşı yönəlib

  • 22

Bakı, Ceyhun Nəzərov, İnteraz - 11 Yanvar 2017, 16:49

"Pxenyan qitələrarası ballistik raketin buraxılışını istənilən vaxt həyata keçirməyə hazırdır."

İnterAz-ın xəbərinə görə, bunu RİA “Novosti”yə Şimali Koreyanın Rusiyadakı səfiri Kim Hyon Çjun bildirib.

O deyib: “Bu buraxılış ali rəhbərliyimizin verdiyi qərara əsasən, istənilən vaxt, istənilən yerdə həyata keçirilə bilər.”

Səfirin fikrincə, ABŞ-ın Cənubi Koreyada yerləşdirilən THAAD raket əleyhinə sistemi Rusiya və Çinə qarşı yönəlib.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In xalqa Yeni il müraciətində ölkənin qitələrarası ballistik raketlərin ixtirasında yekun mərhələyə çatdığını bəyan edib.